Oğlu Yalçın Rzazadədən danışdı: Tez-tez haldan düşsə də, yavaş-yavaş gəzir

Oğlu Yalçın Rzazadədən danışdı:
Atam yavaş-yavaş özünə gəlir, səhhəti qənaətbəxşdir.

BAKU.NEWS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında hazırda Türkiyədə müalicə olunan Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə deyib.

O bildirib ki, atasının qida və maye qəbul etməsində problemlər olsa da, yeriyir və gəzir:

“Atam çox ağır əməliyyatlar keçirib. Tez-tez haldan düşsə də, yavaş-yavaş həm yeriyir, həm də gəzir. Yeməyində, içməyində problem olsa da, ümumilikdə qidalanması normaldır. Hələlik həkimlər burada onun vəziyyətinin stabilləşməsinə çalışırlar. Xəstəxanadan nə zaman çıxacağı barədə məlumat yoxdur. Tək istəyimiz Yalçın müəllimi sağlam görməkdir”.

Qeyd edək ki, Y.Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə görə təcili xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin müdaxiləsindən sonra Xalq artistinin vəziyyəti stabilləşib. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə gedib və orada əməliyyat olunub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz üzərinə götürüb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...