Avropanın ən kök və arıq xalqlarının adı açıqlandı - Siyahı

Avropanın ən kök və arıq xalqlarının adı açıqlandı -


Beynəlxalq həkimlər kollektivi Avropanın ən kök və arıq xalqlarının siyahısını hazırlayıb

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmanın nəticələri “National Genetics” jurnalında çap olunub. Təxminən 250 min avropalını, o cümlədən 17500 valideyn cütlüyünü müşahidə ediblər. Araşdırma müəyyən edib ki, orta boyu yüksək olan xalqların nümayəndələri daha arıq olurlar. Avropanın ən hündür və arıq sakinləri skandinav ölkələrində - Norveç, İsveç və Danimarkada yaşayırlar. Ən kök və alçaq boylu xalqlar isə - ispanlar, italyanlar, portuqallar və yunanlardan ibarətdir. Fransızlar və britaniyalılar isə orta mövqedə qərarlaşıblar.

Alimlərin fikrincə, Avropa xalqlarının bəzilərinin kök, bəzilərinin isə arıq olması onların yaşadığı coğrafi şərait, iqlim, ekologiya və milli mətbəx ənənələri ilə sıx bağlıdır. Alimlər hesab edirlər ki, araşdırma avropalılarda “hündür və arıq skandinavlar” və “alçaq boylu və kök yunanlar” haqqında stereotipi təsdiqləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1186 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...