Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib

Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib
Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq.
Bu barədə "Report"a Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib kli, münsiflər heyətinin qərarına əsasən, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.
Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib
Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib
Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib

Xanlar Əhmədov 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib, 1966-1972-ci illərdə A.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda təhsil alıb, 1972-1975-ci illərdə SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub. 1975-ci ildə SSRİ Rəssamlar İtiffaqının üzvü olub.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar rəssam fəxri adına, 2006-ci ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb.
Dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir. Əsərləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...