“Millət vəkili seçilmək mənə problem deyil” Elza

“Millət vəkili seçilmək mənə problem deyil”


Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini vaxtında Dairə Seçki Komissiyasına təhvil verib.

Bu açıqlamanı cebhe.info-ya müğənninin özü verib. O, imzatoplama mərhələsini çox asanlıqla və qısa müddətdə başa vurduğunu deyib.Elza Seyidcahan millət vəkili seçiləcəyinə əmindir: “Mən iki gün ərzində 10050 imza toplamışam. Hesab edirsiniz ki, mən imza toplamaya bilərəm? Heç bilirsiniz ki, mənim nə qədər seçicilərim var? Mənim üçün millət vəkili seçilmək problem deyil”.

Xatırladaq ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılan Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyini irəli sürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...