Murad Dadaşovun ilk əmri: Tolikin verilişi bağlandı

Murad Dadaşovun ilk əmri:

Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" proqramında müğənnilər Manaf Ağayev, Mətənat Əsədova və Elza Seyidcahan arasında gərginlik yaşanıb.

Kult.az xəbər verir ki, bu gərginlikdən dolayı Xəzər TV-nin yeni baş direktoru Murad Dadaşovun verilişin aparacısı Tarix Əliyevi işdən azad etməsi ilə bağlı mediada xəbərlər yayılıb.

Məsələ ilə bağlı verilişin aparıcısı Tarix Əliyev big.az-a deyib ki, işdən ayrılmayıb:

"Mənə bununla bağlı heç bir xəbərdarlıq edilməyib. İşimin başındayam".

Xatırladaq ki, ötən gün sözügedən kanala xalq artisti Murad Dadaşov rəhbər gətirilib.

***

Xəzər TV-nin yaydığı məlumata görə, yeni təyin olunmuş baş direktor Murad Dadaşovun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət yaradıcı qrup formalaşdırılıb. Bu qrup televiziyanın efirində yayımlanan verilişlərin məzmun və keyfiyyətini nəzərdən keçirir.

Keçirilən ilk iclasda "Hər şey daxil" verilişinin yayımının dayandırılmasına qərar verilib, aparıcı Tarix Əliyev və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb.

Qeyd edək ki, yaradıcı heyət televiziyanın proqram siyahısına daxil olan bütün layihələrin monitorinqini aparmaqda və keyfiyyət analizini həyata keçirməkdədir. Monitorinqlərin nəticəsindən asılı olaraq, digər verilişlərdə də məzmun dəyişikliklərinin ediləcəyi istisna olunmur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...