Bu gün Namiq Qaraçuxurlunun toyudur

Bu gün Namiq Qaraçuxurlunun toyudur


Meyxanaçı Namiq Qaraçuxurlu bu gün evlənir.

Musavat.com-un verdiyi xəbərə görə ifaçının toy məclisinə media nümayəndələri buraxılmayacaq. Məlumata görə, hətta qonaqlardan da sosial şəbəkədə toydan foto paylaşmamaq xahiş olunub.

Qeyd edək ki, bu sənətçinin rəsmən ikinci evliliyidir. Namiq Qaraçuxurlu bundan öncə çox erkən yaşlarında evlənib. Ailə qurarkən Namiqin 23 yaşı olub. 30 avqust 2001-ci ildə rəsmi nikaha girən keçmiş cütlük 2 dekabr 2005-ci ildə boşanıb. Bu evlilikdən onların iki övladı dünyaya gəlib. Ümid 7 iyul 2002-ci ildə, Ülvi isə 27 noyabr 2003-cü ildə doğulublar.
Meyxanaçı populyarlaşdıqdan sonra uzun müddət xalq artisti Aygün Kazımova ilə eşq macərası yaşayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1136 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...