Məlahət Abbasova Türkiyənin məşhur serialında rol alacaq - VİDEO

Məlahət Abbasova Türkiyənin məşhur serialında rol alacaq -
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova "Kanal7"də efirə gedən məşhur "Yemin" serialında rol alacaq.

Musavat.com xəbər verir ki, o, yeni mövsümdə tamaşaçıların qarşısına Narin obrazının anası Münəvvər olaraq çıxacaq.

Qeyd edək ki, ekran işində Narin obrazını azərbaycanlı aktrisa Yağmur Şahbazova canlandırır. Yağmur ötən mövsümdən serialın aktyor heyətinə qatılıb. O, azərbaycanlı qızı canlandırır. Narinin ekran işində

"Məni deportasiya etməyin. Azərbaycana qayıtmaq istəmirəm" sözləri yayımlandığı zaman müzakirələrə səbəb olmuşdu. Aparıcı Elgiz Əkbər Yağmuru tənqid etsə də, Məlahət Abbasova aktrisaya dəstək olmuşdu.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1249 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...