“Mən sevdiklərimi qoxularından tanıyıram“ - İradə İbrahimova

“Mən sevdiklərimi qoxularından tanıyıram“ -


Türkiyədə yaşayan müğənni İradə İbrahimova atasının arxiv görüntülərini izləyiciləri ilə bölüşüb.

Yenisabah.az xəbər verir ki, müğənni dünyasını dəyişən atasının şəklini görüb ağladığını yazıb:

"Ailə albomumdan çıxan şəkil. O zaman hamı sağlam və həyatda idi. İnsanlar bir-birinə çox bağlıydı. Uzun-uzadı şəkilə baxdım və gecə göz yaşlarım sel oldu. Bu dəfə gecə yuxuma gəldi və uzun-uzadı səssizcə üzümə baxdı. Bilirsiniz, bu həyatda anamı başıma tac etdim, amma ən çox atamı sevdim. Bu aralar ağlım bu dünyadan köçənlərdədir. İnsan qucaqlaşmağı, səslərini, söhbətlərini, gülüşlərini və ən çox da əllərini və qoxularını özləyir. Mən sevdiklərimi əllərindən və qoxularından tanıyıram. Allah əbədi həyatda olanlara rəhmət eləsin".

“Mən sevdiklərimi qoxularından tanıyıram“ -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1244 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...