Məleykə Əsədova: “Qəşəng qız olmamışam”

Məleykə Əsədova: “Qəşəng qız olmamışam”


“Atam ad günündə dünyasını dəyişdi. O vaxta kimi nə kədər, nə hüzr yeri görmüşdüm. Yuxuda nə görürdüm olurdu. Atam heç vaxt ağrımırdı. İnfarkt keçirib öldü. Onun ölümünü yuxuda görmüşdüm. Anamın ürəyi xəstə idi, həmişə ondan qorxurduq”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Space” kanalında yayımlanan “Həyat, sevgi və göz yaşları” proqramında deyib. Atasının ölümündən danışan aktrisa arzuolunmaz övlad olduğunu etiraf edib:

“Məni oğlan gözləyirmişlər. Arzuolunmaz uşaq idim. Amma ailəyə böyük uğur gətirdim. Məndən sonra qardaşım doğuldu. Ancaq bir yaşında dünyasını dəyişdi. Mənim ağlamağım ailəyə ziyan gətirirdi, ona görə qəlbimə dəymirdilər. Məktəb illərində qəşəng qız olmamışam, arıq, uzun, cılız idim.

Atamdan sonra çətinlik, əziyyət nədir bildim. Zəif olmadım, çiynimdə böyük yük daşıdım.

Universiteti bitirəndə bir il rayonda qaldım. Allah ağlımı əlimdən almadı. Toylara getdim, lotereya oynadım və pulumu toplayıb Bakıda ev aldım. Evim olmasaydı, maşın almayacaqdım”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...