“O “kişiciyə” ömrümün axırına qədər nifrət edəcəm” - Röya

“O “kişiciyə” ömrümün axırına qədər nifrət edəcəm”


Müğənni Röya Ayxan “Əsl şou” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, müğənni mahnı seçimlərində diqqət etdiyi nüanslardan bəhs edib:

“Mahnı seçərkən sözlərə fikir verirəm. Mən möhtəşəm ifaçı deyiləm, bunu başa düşürəm. Sözləri yaxşı bişirib dinləyicilərə çatdırdığım üçün bu gün varam. Bir kəlməyə görə mahnını ifa edə bilərəm”.

Sənətçi keçmiş “W-trio” qrupunun üzvlərindən danışıb:

“ Natavan və Elnarəni çox istəyirəm. Heç birimizdə paxıllıq yoxdur. Heç vaxt onların işlərinə çəpər qoymamışam. Aramızda küsüb-incimək də olur, bu da qadınlara məxsusdur, bunun başqasına aidiyyatı yoxdur. Bir-birimizin pis gününü hiss etsək, yanında oluruq. Natavan mənim canımdır. Ona dəyən daş mənə də dəyir. Onların da cavabını verirəm”.

Röya küsülü olduğu Elnur Məmmədovun adını çəkmədən həmkarına atmaca atıb:

“ Vaqif Gərayzadənin komandasında bir nəfərdən zəhləm gedir. Ömrümün axırına kimi ona nifrət edəcəm. O da “kişicik”dir. Onunla heç vaxt barışmayacam. Kişi qadın münasibətləri pozulmamalıdır. Kişi güzəştə getməlidir”.

Qeyd edək ki, Röya ilə Elnur Məmmədovun münasibətləri “Dəniz” mahnısına görə pozulub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...