"Heç bir konsertdə çıxış etməyəcəm"

  "Heç bir konsertdə çıxış etməyəcəm"
Meyxanaçı Namiq Qaraçuxurlunun başına iş gəlib.

Sənətçiyə qarşı dələduzluq edilib. Belə ki, bəzi restoranlar Namiqin 8 Mart günü orada çıxış edəcəyi haqda anons yayıblar. Meyxanaçı belə bir halın olmadığını deyib:

"8 Mart münasibətilə bir çox restoranlarda konsertlər təşkil olunur. Bəzilərində mənim adım hallanır. Heç bir konsertdə çıxış etməyəcəm. Məlum səbəblərdən fəaliyyətimi dondurmuşam. Nə vaxt çıxış edəcəmsə, özüm açıqlayacam. Mənim üçün narahat olanlara sonsuz təşəkkürümü bildirirəm. Məncə yaxın zamanda görüşəcəyik. Amma o zaman, bu zaman deyil".

Qeyd edək ki, Qaraçuxurlu bir müddət əvvəl yaradıcılığını dondurduğunu açıqlamışdı. O bildirib ki, buna səbəb Vətən müharibəsində şəhid olanlardır. //Axşam.az//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...