Acun İlıcalının eks-arvadından etiraf: “Hamilə olduğum üçün evlənməyə tələsdik” - FOTO

Acun İlıcalının eks-arvadından etiraf:

Türkiyəli sosial media fenomeni Şeyma Subaşı “Imstagram” hesabından hamilə olması ilə bağlı paylaşım edib və dərhal onu silib.

Sondakika.com xəbər verir ki, o, misirli sevgilisindən hamilə olduğunu, toyu təxirə saldıqlarını və hamiləliyin zövqünü yaşayacağını yazıb.

“Bu yaxınlarda hamilə olduğum barədə yayılan xəbərləri məmnuniyyətlə təsdiqləmək və hamilə olduğumu bildirmək istərdim. Düzü, evlənməyə tələsməyimizin səbəbi bu idi. İndi isə tələsməməyə qərar verdik. Bir-birimizə sevgi və hörmət bəsləyirik. Hələlik diqqətimizi hamiləliyimdən zövq almağa yönəltmişik. Bütün xoş arzularınız və dəstəyiniz üçün təşəkkürlər. Gələcək üçün həyəcanlıyam”, - deyə Subaşı qeyd edib.

Qeyd edək ki, Subaşı hamilə olmadığını və evlilikdən əvvəl uşaq dünyaya gətirməyəcəyini demişdi.
Acun İlıcalının eks-arvadından etiraf:

Xatırladaq ki, Şeyma Subaşı türkiyəli aparıcı və media maqnatı Acun İlıcalının keçmiş həyat yoldaşı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...