“Məndən olsa, indi ərə gedərəm” - Rəqsanənin qızı

“Məndən olsa, indi ərə gedərəm” -

Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılova şəxsi həyatından danışıb.

O bildirib ki, evlənmək üçün ona şou-biznesdən elçi düşənlər var:

“Şou-biznesdə 3 nəfər mənə elçi düşdü, razı olmadım. Çünki arada sevgi yox idi. İstəmərəm ki, ailə qurduğum şəxs tanınmış olsun. Çünki tanınmışın xanımı olmaq çətindir. Ailə qurandan sonra sənətdən getmək istəyirəm. Ailə qurmağı düşünürəm. Məndən olsa, indi ərə gedərəm. Çünki mən ailə xəstəsiyəm. Amma heç vaxt özümdən yaşca kiçik bəylə evlənmərəm. Evlənəcəyim şəxs məndən maksimum 10 yaş böyük ola bilər.

Toy olmadan övlad dünyaya gətirmərəm. Bu günü düşünmərəm, uşağın gələcəyini düşünərəm. Mənlə ailə qurmaq istəyən şəxs boşanmış bəy də ola bilər. Bu, normaldır. İlk evliliyi uğursuz olub, indi ikinci dəfə ailə qurur. Bu, qismət işidir. Amma evli ola-ola kimləsə gəzmək, kimdənsə övlad dünyaya gətirmək biabırçılıqdır. Sırf ailə qurmaq xatirinə ailə qurmaq istəmirəm. Sevgi ilə yaranan hər şey gözəl olur. Nəyəsə görə ailə qumaqdansa, ata evimdə oturaram. Heç zaman düşünməmişəm ki, ailə quracağım şəxs imkanlı olacaq. Əsas onun mənə saf sevgisi, tərbiyəsi olsun. Yaraşıqlı oğlanları sevmirəm. Əsas xarakteri olsun”.

Mənbə: Lent.az

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...