“Azərbaycanlı iş adamı ilə evlənmək istəyirəm” – Bahar Candan

“Azərbaycanlı iş adamı ilə evlənmək istəyirəm” –
Sozcu.az xəbər verir ki, TV 8-də yayımlanan “İşte Benim Stilim” proqramı ilə məşhurlaşan sosial şəbəkə fenomeni Bahar Candan OLAY-ın suallarını cavablandırıb.

Hazırda İnstaqram platformasında 563 mindən çox izləyicisi olan Candan Azərbaycana heyran olduğunu bildirib. TV ulduzu azərbaycanlı iş adamı ilə ailə qurmaq istədiyini açıqlayıb:

“Azərbaycan deyəndə ilk olaraq ağlıma bayrağı, yeməkləri və mahnıları gəlir. Bakıdan Pərvin Abıyeva və Solmaz Bagiyevanı (iş xanımı- red) tanıyıram. Onlar mənim yaxın dostlarımdır. Azərbaycanda reklam ulduzu olmağı çox istəyirəm. Azərbaycan uşaqlığımdan gördüyüm kimi Türkiyəyə yaxın olan və ölkəmlə yaxşı münasibət quran bir dövlətdir. Bakıdan olan bir iş adamı ilə evlənməyi çox istəyirəm”.

Bundan əlavə, o, “Survivor All Star”da yer alacağı barədə məlumatları da təkzib edib.

Bahar ancaq moda yarışmalarında yer alacağını söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...