“Bir qrup adam bütün işləri öz əlinə alıb“ - Babəkin “oğlu“ danışdı

“Bir qrup adam bütün işləri öz əlinə alıb“ -

Bu gün teleserialların kəmiyyət baxımından artması tendensiyası baş versə də, keyfiyyət baxımından ciddi çatışmazlıqlar olduğunu görürük. Bu, həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə dəfələrlə müzakirə mövzusuna çevrilib.

Çoxluğun fikrinə görə, bu istiqamətdə qətiyyətli addımlar atılmalı, yerli serialların keyfiyyəti yaxşılaşdırılmalıdr.

Bəs görəsən, mövcud problemlərin aradan qaldırılmasının məsuliyyəti kimin üzərinə düşür?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış aktyor, "Babək" filmində Buğday obrazının məşhur ifaçısı Məhəmməd Verdizadə bu sahədə olan çatızmazlıqların çox olduğunu bildirib.

O, keyfiyyətsiz serialların çəkilməməsində qeyri-peşəkar heyəti günahkar görüb:

“Yerli teleserialların çətilməsinə əngəl olan həm büdcədir, həm də yeni aktyor məktəbinin çox kasıb olmağı - aktyorların təhsilli olmamasıdır. Universitetdə bu sahədə təhsilin yaxşı olmamasıdır. Bu sahədə çox çatışmazlıqlar var. Bu gün rejissor qıtlığıdır. Mən “Yuxu kimi”, “Mənim Günahım” seriallarında yol alıram. Bu gün peşəkarlıq yoxdur. Bizdə bu işi əlinə cəmləyən adamların çoxu məktəb qurtarmamış adamlardır. Onlar həm kanallarda, həm prodakşnlarda çalışırlar. Kimin bu sahəyə həvəsi varsa, amma təhsili olmasa da imkanları hesabına bu sahədə çalışa bilir. Onlar müəyyən məsələləri alırlar əllərinə, bundan sonra həmin iş onların əlində olur, serialların keyfiyyəti də məhz bununla əlaqəlidir. Həmin şəxslər həm aşağıda, həm də yuxarıdadır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...