"İndiki ağlım olsaydı, 30 yaşımda ərə gedərdim"

"İndiki ağlım olsaydı, 30 yaşımda ərə gedərdim"

Meyxanaçı Samirə Yusifqızı “Günəbaxan” verilişində erkən nikahlar haqda danışıb.
GUNDEMİNFO.AZ axşam.az-a istinadən xəbər verir ki, ifaçı gənclərə 30 yaşdan sonra ailə qurmağı məsləhət görüb:
“19 yaşımda ailə qurmuşam. Mənim həyat yoldaşım özümdən 22 yaş böyük olub. Məni məcbur ərə verməyiblər. Biz bir-birimizi sevib ailə qurmuşduq. Amma indiki ağlım olsaydı, 30 yaşımda ərə gedərdim. Çünki istər kişi, istər qadın 30-dan sonra ailə qədrini bilirlər. Həmin yaş dövrünə qədər gənclər, sanki, göylərdə uçurlar. Hamısı elə bilir ki, evlənmək yuxa arasında halva kimi bir şeydir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...