Hava ilə bağlı - Xəbərdarlıq

Hava ilə bağlı -
Bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

GUNDEMINFO.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın temperaturunun günü-gündən aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir.

Havanın temperaturu iqlim normasından 7° yüksəkdir.

Azərbaycanın rayonlarında hava yağıntılı olacaq. Noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var. Şimal küləyi 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı enərək, aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
146 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...