DÇ-2022: İran millisinin ailə üzvləri təhdid edilir

DÇ-2022: İran millisinin ailə üzvləri təhdid edilir
İranlı futbolçuların ailələri ABŞ-la oyundan öncə basqılarla üzləşiblər. İranlı futbolçuların yaxınları Qətərdə keçirilən dünya çempionatında ABŞ-la üçüncü turun oyunundan öncə yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşiblər. GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Kanalın xəbərinə görə, bu barədə CNN müxbiri Sem Kili iddia irəli sürüb.

Onun sözlərinə görə, iranlı oyunçular özlərini "düzgün aparmasalar", onların İrandakı qohumları həbs və işgəncə ilə hədələniblər.

İslam İnqilabı Keşikçilərinin (SPEAH) futbolçuları izlədiyi də bildirilib. Onlara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.

Qeyd edək ki, İran-ABŞ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Asiya təmsilçisinə qrupdan çıxmaq üçün heç-heçə də sərf edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...