İspaniya şahzadəsi Qaviyə aşiq olub

İspaniya şahzadəsi Qaviyə aşiq olub
İspaniya taxt-tacının varisi, kral VI Filippin böyük qızı olan şahzadə Leonor “Barselona”nın yarımmüdafiəçisi Qaviyə aşıq olub.

Məlumata görə, o, məktəbə özü ilə birlikdə oyunçunun şəkillərinin yapışdırıldığı qovluğu aparır.

İspaniya kralı hazırda Dohadadır və burada 2022-ci il dünya çempionatı üçün milli komandanı dəstəkləyir. Kosta-Rika ilə oyundan (7:0) sonra o, milli komandanın paltardəyişmə otağına girərək futbolçuları qələbə münasibətilə təbrik edib.

İddialara görə, 18 yaşlı yarımmüdafiəçi VI Filip üçün kralın geyindiyindən daha kiçik ölçülü köynək imzalayıb. Hədiyyənin monarxın qızı üçün nəzərdə tutulduğu güman edilir.

17 yaşlı Leonor Asturiya şahzadəsi, taxt-tac varisi VI Filip və onun həyat yoldaşı Letisiyanın böyük qızıdır.

Mənbə: sports.ru

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...