Eldar Mahmudov nə qədər pensiya alır?

Eldar Mahmudov nə qədər pensiya alır?
“Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır”.

KONKRET.az xəbər verir ki, bu barədə “Gununsesi.info” özəl mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanmasının səbəbi onun uzun illər müxtəlif vəzifələrdə çalışması, daha sonra 9 il (2006-2015) nazir vəzifəsi daşıması ilə bağlıdır.

Xatırladaq ki, E.Mahmudov 1956-cı ildə anadan olub, pensiya yaşına (65) 2021-ci ildə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Gununsesi.info”nun keçmiş nazirin pensiyası ilə bağlı sorğusunu cavablandırmaqdan imtina edib. Nazirlikdən bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında açıqlama verilə bilər.

Qeyd edək ki, Azərbaycanda minimum pensiya 280 manat müəyyən edilib. Bu məbləğ E.Mahmudovun aylıq təqaüdündən 21.5 dəfə azdır.

Eldar Mahmudov 2015-ci ildə Milli Təhlükəsizlik naziri vəzifəsindən çıxarılıb, adı çəkilən nazirlik ləğv edilərək onun bazasında Dövlət Təhlükəsizliyi xidməti və Xarici Əks Kəşfiyyat Xidməti yaradılıb. Keçmiş nazirin komandasının 22 üzvü ağır cinayətlərdə ittiham edilərək istintaqa cəlb olunub, daha sonra həbsxanaya göndərilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
179 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...