Xarkovda yaşayış binası vurulub - Ölən və yaralananlar var

Xarkovda yaşayış binası vurulub -
Yanvarın 29-da axşam saatlarında Rusiya ordusu Ukraynanın Xarkov vilayətini atəşə tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov öz Teleqram kanalında məlumat verib.
"Düşmən tərəfindən əvvəllər S-300 raketi ilə Xarkov şəhərinin Kiyevski rayonunda 4 mərtəbəli yaşayış binasına zərbə endirilib. Üç nəfər yüngül xəsarətlər alıb. Təəssüf ki, yaşlı qadın dünyasını dəyişib. Onun əri həmin vaxt yaxınlıqda olub. O, zərbədən möcüzəvi şəkildə ciddi xəsarət almayıb”, - Sinequbov bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
200 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...