Gültəkin Hacıbəyliyə bəraət verildi

Gültəkin Hacıbəyliyə bəraət verildi
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə bəraət verilib.

Gundeminfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə onun barəsində məhkəməyə müraciət edən Leyla Arif sosial şəbəkə hesabında paylaşım edib.
“3 aydır, mənə “dövlətin sifarişi” qışqıran müxalifət və Gültəkin Hacıbəyli, bugünkü məhkəmədə bəraət qazandı. Boşboğazlıq edən bütün konsperoloqlara “keçmiş olsun deyirəm”, indi oturun özünüz dəyərləndirin “dövlətin adamı” kimdir? Apelyasiya və Avropa məhkəməsində görüşənə qədər”, - L.Arif bildirib.
Məlumat üçün bildirək ki, Leyla Arif daha əvvəl Gültəkin Hacıbəylini hansı səbəbdən məhkəməyə verməsi barədə danışıb. “Mən Fuad Cəlilova sual verdim ki, Gültəkin Hacıbəyli bütün Azərbaycanın ancaq türklərdən ibarət olduğunu iddia edir, bunu necə dəyərləndirirsiniz? Gültəkin xanım da buna reaksiya verərək məni “separatçı”, “ksenofob” olmaqda ittiham etdi. Gültəkin Hacıbəyliyə yazdım ki, mən sizi bu ittihamlara görə məhkəməyə verəcəyəm. Cinayət Məcəlləsinin 281.1, 283-cü və 111-ci maddələrini əldə əsas tutaraq onu məhkəməyə verdim. Dörd məhkəmə iclası baş tutub, Gültəkin Hacıbəyli heç birində iştirak etməyib. Məhkəməyə gəlmədiyi üçün haqqında axtarış qərarı verilib. Prosedur üzrə ölkəyə giriş edəndə ondan bu barədə izahat alınıb. Məhkəmə iclası təyin olunub”, - L. Arif deyib.
Qeyd edək ki, G.Hacıbəyli ötən il noyabr ayının sonunda ölkəyə qayıdarkən hava limanında saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...