Türkiyədə CHP-li bələdiyyə başçısı həbs olunub

Türkiyədə CHP-li bələdiyyə başçısı həbs olunub
Keçən ilin fevral ayında Türkiyənin Biləcik rayonunda rüşvət əməliyyatı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan CHP-li (Cümhuriyyət Xalq Partiyası) bələdiyyə başçısı Semih Şahin "şəxsi məlumatları qanunsuz olaraq vermək və ya ələ keçirmək" ittihamı ilə açılan işdə 2 il 1 ay həbs cəzasına məhkum edilib.
Yeniavaz.com “sozcu.com.tr”yə istinadən xəbər verir ki, Biləcik Bələdiyyəsində rüşvət iddiaları ilə bağlı aparılan istintaq səbəbilə Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılan Semih Şahin barəsində açılan daha bir iddiaya görə həbs cəzasına məhkum edilib.
Məhkəmə son iclasda Şahini 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib və qərarını təxirə salmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...