Rusiya 5 isveçli diplomatı ölkədən çıxarır

  Rusiya 5 isveçli diplomatı ölkədən çıxarır
Rusiya beş isveçli diplomatı "persona non qrata" elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, mayın 25-də İsveçin Moskvadakı səfiri Malena Mard Rusiya diplomatik missiyasına çağırılıb:
"İsveç səfirinə məlumat verilib ki, Rusiya tərəfi cavab olaraq beş İsveç diplomatını "persona non qrata" elan etmək qərarına gəlib".
Vurğulanıb ki, 2022-ci il sentyabrın 1-dən İsveç hökumətinin qəbul etdiyi qərara əsasən, Rusiyanın Höteborqdakı Baş Konsulluğunun fəaliyyəti dayandırılıb. Buna cavab olaraq Rusiya da İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinin dayandırılmasına dair qərar qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
240 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...