Dünyanın ən varlı adamı açıqlandı

Dünyanın ən varlı adamı açıqlandı
“Tesla” və “SpaceX”in qurucusu, “Twitter”in sahibi İlon Mask planetin ən varlı adamları reytinqində yenidən birinci olub.

Bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Məlumata görə, sahibkarın sərvəti hazırda 192,3 milyard dollara çatıb.

Planetin ən varlı adamları siyahısına başçılıq edən Mask əvvəllər bu yeri tutan LVMH şirkətlər qrupunun (Louis Vuitton Moet Hennessy) prezidenti, öz növbəsində sərvəti 186 milyard dollar dəyərində qiymətləndirilən Bernard Arnaultu üstələyib. Dünyanın ən varlı adamlarının ilk üçlüyünü isə “Amazon”un qurucusu Ceff Bezos tamamlayır. Onun sərvəti təxminən 144 milyard dollar dəyərində hesablanır.
Qeyd edilib ki, İlon Maskın aktivləri bu il ərzində 50 milyard dollardan çox artıb ki, bu da əsasən ona məxsus “Tesla” şirkətinin səhmlərinin dəyərindəki artım hesabına baş verib.

Mənbə: MK.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...