"Altılı masa" dağıldı - Rəsmi

"Altılı masa" dağıldı -
“İttifaq mayın 28-də sona çatdı”.
Yeniavaz.com xəbər verir ki, bunu İYİ Partiyanın baş katibi Uğur Poyraz "Sözcü TV"yə müsahibəsində “Millət” İttifaqının taleyi barədə danışarkən deyib.
O bildirib ki, İttifaq parlament və prezident seçkilərinə hesablanıb yaradılmışdı:
“Bütün ittifaqlar seçkiyə görə yaradılır və seçki bitəndə bu müttəfiqlik başa çatır. Yəni mayın 14-də keçiriləcək ümumi seçkilər bitdi, İttifaq tamamlandı. Alyansa daxil olan partiyalar mayın 28-dək birgə prezidentliyə namizədimiz cənab Kılıçdaroğlunun ikinci turu uğrunda mübarizəsini dəstəklədilər və İttifaq mayın 28-də sona çatdı”.
Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkilərindən əvvəl müxalifətdə təmsil olunan 6 partiya - Səadət Partiyası, CHP, İYİ Partiya, DEVA Partiyası, Gələcək Partiyası və və Demokrat Partiya birlikdə “Millət” ittifaqını yaratmış və seçkilərə bu alyansla qoşulmuşdular. Partiya liderlərinin tez-tez keçirdiyi iclaslara görə KİV-də İttifaqa "Altılı masa" adı verilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
268 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...