Putin Paşinyanın zənginə cavab verməyib

Putin Paşinyanın zənginə cavab verməyib
Məlum olduğu kimi, sentyabrın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstanın baş naziri ilə telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri maraqlı iddia ilə çıxış edib.
Belə ki, iddiaya görə, sözügedən tarixdə Paşinyan Rusiya Prezidenti Vladimir Putinə də zəng edib, lakin Kremldə ona cavab verilməyib.
Qeyd olunur ki, bundan sonra o, Vladimir Putinə geniş məktub göndərib və Putin bu barədə Vladivostok konfransında məlumat verib.
Hakimiyyətə yaxın mənbə nəşrə bildirib ki, Paşinyan həmin məktubda Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onları Rusiyaya qarşı olmadıqlarına inandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...