Bələdiyyə sədrinə “stop” qoyula bilər

Bələdiyyə sədrinə “stop” qoyula bilər

Qazax bələdiyyəsinin sədri Tofiq Orucovun ölkədən çıxışı məhdudlaşdırıla bilər.

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi bununla bağlı xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib.

İşə Qazax Rayon Məhkəməsində hakim Nemət Musayevin sədrliyi ilə baxılacaq. Oktyabrın 2-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.

Qaynarinfo məsələnin təfərrüatlarını öyrənmək üçün Tofiq Orucovla əlaqə saxlayıb. Bələdiyyə sədri bu barədə məlumatsız olduğunu deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
234 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...