Onlar Ukraynanı aldatdılar - Arestoviç

Onlar Ukraynanı aldatdılar -
Ukrayanaya dəstək vəd edən bəzi müttəfiqlərimiz dəstəyi heç vaxt reallaşdırmadılar.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb.

“Əsl məsuliyyət bizə, Ukraynaya söz verib, amma yerinə yetirməyənlərin üzərinə düşür. Onlar bizi atdılar”, - o bildirib.

Arestoviç qeyd edib ki, Ukrayna hakimiyyəti axmaqlığı və korrupsiya ucbatından müttəfiqlərinə Kiyevi “atmaq” üçün çoxlu səbəb verib:

“Onlar Qərb ölkələrinə bu saxtakarlığa haqq qazandırmaq üçün “etibarlı arqumentlər” təqdim edib. Ukrayna son dərəcə qeyri-qənaətbəxş vəziyyətdədir. Ukraynanın təyyarələrə, uzaqmənzilli raketlərə və quru qoşunları üçün təchizatın beş dəfə artırılmasına ehtiyacı var. Kiyevin müttəfiqləri isə Moskva ilə sülh sazişi imzalamağa çalışacaqlar, bunun şərtlərindən biri “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir hissəsi kimi tanınması olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
248 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...