ABŞ təkid edib, Ukrayna isə qorxub...

ABŞ təkid edib, Ukrayna isə qorxub...
Kiyevin əks-hücumunun uğursuzluğuna səbəb Ukrayna ilə ABŞ arasında fikir ayrılığı, Qərbin yanlış hesablamalarıdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın "Vaşinqton Post" nəşrində bildirilib.

Nəşr qeyd edib ki, Böyük Britaniya və ABŞ əks-hücum planlarında Kiyevə kömək etsələr də, Rusiya qüvvələrini lazımi səviyyədə qiymətləndirməyiblər, həmçinin Ukrayna qüvvələrinin Qərb xətti ilə sürətlə transformasiya oluna biləcəyinə inanmaqda yanılıblar.

Bundan əlavə, ABŞ Prezidenti Co Bayden administrasiyası əməliyyatlara aprelin ortalarında başlamağı və konkret tarixlər təyin etməyi tələb edəndə Ukrayna tərəddüd edib və əks-hücumun başlamasını gecikdirib.

Məqalədə vurğulanıb ki, Vaşinqton ukraynalıların əks-hücum üçün lazım olan çoxlu artilleriya mərmisini digər hədəflərə, o cümlədən Baxmut yaxınlığında israf etməsindən narahat olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
182 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...