Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi

Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi
Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb.

Gundeminfo.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.

Sayt onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, R.Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib.

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...