Ermənistan Qərbi Azərbaycana çevrilir - Arutyunyan

Ermənistan Qərbi Azərbaycana çevrilir -
Şübhə yoxdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Brüsseldə keçiriləcək görüş ilk növbədə Rusiyanı Cənubi Qafqaz regionundan çıxartmaq məqsədi daşıyır.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Qagik Arutyunyan deyib.

Onun sözlərinə görə, bu görüşdən Ermənistan üçün heç bir müsbət nəticə gözləmək olmaz.

Arutyunyan hesab edir ki, Azərbaycanla münasibətlərdə, o cümlədən ərazi məsələsində yeni güzəştlər müqabilində İrəvana yeni maliyyə yardımı paketi təklif olunacaq:

“Bu, Ermənistan hakimiyyətinin niyyətidir və bu halda yeni heç nə baş verməyəcək, ölkə qazandığından daha çox itirməkdə davam edəcək”.

O əlavə edib ki, İrəvanla Moskva arasında münasibətlərin ardıcıl pisləşməsi artıq ticarət-iqtisadi əlaqələrdə fəsadlara gətirib çıxarır və qarşıdan gələn görüş bu tendensiyanın yalnız davamı olacaq:

“Hakim qrup Qərb ağalarının göstərişlərinə əməl edərək, ölkəni ucuza və parça-parça satmaq və sadəcə olaraq “Qərbi Azərbaycan” adlanacaq müəyyən əraziyə çevirmək üçün hər şeyi edəcək”.

O, ilin sonuna kimi ABŞ-da hakimiyyət dəyişikliyinə ümid etdiyini, bunun nəticəsində Ermənistanın özündə proseslərin başlayacağını və bunun da hazırkı hökmdarların getməsinə səbəb olacağını bildirib:

“Yalnız bundan sonra qardaş Rusiya ilə münasibətlər yenidən normallaşacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...