İt dişləyən azyaşlı bir ay sonra evə buraxıldı

İt dişləyən azyaşlı bir ay sonra evə buraxıldı
Bir ay əvvəl Abşeron rayonu Qobu qəsəbəsində itin dişləməsi səbəbindən ağır xəsarətlər alan azyaşlının stosionar şəraitdə müalicəsi başa çatıb.

Kliniki Tibbi Mərkəzdən (KTM) “Qafqazinfo”ya bildirilib ki, it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq müalicədən sonra bu gün evə buraxılıb.

Bildirilib ki, bədənində çoxsaylı yaralarla xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub. KTM-in Uşaq cərrahiyyəsi və Cərrahi reanimasiya şöbələrinin həkimlərinin səyləri nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib.

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev bildirib ki, stasionar şəraitdə uzun müddət müalicəsi davam edən azyaşlının həyatına hər hansı təhlükə qalmadığına görə ambulator müalicə üçün evə buraxılıb.


İt dişləyən azyaşlı bir ay sonra evə buraxıldı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
182 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...