Azərbaycan AŞPA-ya qayıdır? – Əgər belə bir qərar olarsa…

Azərbaycan AŞPA-ya qayıdır? –
Bu ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsinə, ölkəmizi bu qurumda təmsil edən nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsinə cavab olaraq, rəsmi Bakı AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Həmin vaxt nümayəndə heyəti bununla bağlı bəyanat da yayıb.

Prezident İlham Əliyev isə fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib ki, nümayəndə heyətimizin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Dövlətimizin başçısı AŞPA-da anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.

Ötən gün “AlphaNews” assambleyadakı mənbəsinə istinadla məlumat yayıb ki, Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edib. Bu qərardan sonra Azərbaycan AŞPA-ya qayıdacaqmı?

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib ki, əgər həqiqətən də AŞ Nazirlər Kabineti Azərbaycanın AŞPA-ya qayıtması ilə bağlı qərar qəbul edibsə, bu, vaxtilə yol verilən yanlışlığın aradan qaldırılmasına xidmət edəcək.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla hər zaman konstruktiv əməkdaşlığa hazırdır: “Əgər belə bir qərar olarsa, bizim üçün heç bir problem yoxdur. Onsuz da biz konstruktiv əməkdaşlığa hazırıq. Hələ o zaman Azərbaycana qarşı qəbul edilən qətnamənin, qərarın məqsədyönlü, qərəzli olduğunu qeyd etmişdik. Biz, indi Avropa məkanından hər hansı bir şəkildə uzaqlaşmaq niyyəti güdmürük. Lakin bizə qarşı qərəzli münasibət olanda, öz münasibətimizi ortaya qoymalıyıq. Bu baxımdan da, bütün bu addımlar buna yönəlib. Hesab edirəm ki, bu istiqamətdə də öz işlərimizi intensivləşdirəcəyik. Əgər Avropa Şurası Nazirlər Kabinetinin Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərarı olarsa, qayıtma məsələsi müzakirə oluna bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...