Vətən müharibəsi qazisi döyüldü - 2 nəfər saxlanıldı

Vətən müharibəsi qazisi döyüldü -
Qusarda Vətən müharibəsi qazisini döyən 2 nəfər polis tərəfindən saxlanılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qusar şəhərində yerləşən kafedə şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyevin xuliqanlıq zəminində oranın icarədarı Mucuq kənd sakini 1991-ci il təvəllüdlü 2-ci Qarabağ müharibəsi qazisi Ruslan Kübərovu döyərək xəsarətlər yetirməsi müəyyən edilib.

Hər iki şəxs artıq saxlanılıb.

Qeyd edək ki, R.Kübarov Vətən müharibəsindən sonra "Cəbrayıl”ın, "Füzuli”nın, "Kəlbəcər”in, "Şuşa”ın azad edilməsinə görə medalları, həmçinin "Hərbi Xidmətdə Şücaətə” görə medalı ilə təltif edilib.

Qazi xəstəxanaya yerləşdirilib. Hadisə vaxtı kafedə baş vermiş mübahisənin Qusar Rayon Mərkəzi Xəstəxanasında da davam etdirildiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
136 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...