"İcbari tibbi sığorta fonduna əlavə pul lazımdır"
Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqində məqsədimiz, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək, səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirməkdir.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.
O bildiirb ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “heç kim kənarda qalmasın” prinsipi nəzərə alınaraq qurulan icbari tibbi sığorta sistemi əhalinin səhiyyə sahəsində fundamental ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. Hədəfimiz hər kəsin ehtiyac duyduğu keyfiyyətli səhiyyə xidmətlərini maddi çətinlik çəkmədən əldə etməsi üçün universal tibbi təminata nail olmaqdır. Qeyd edim ki, ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta ilə uşağdan böyüyə qədər hər kəs əhatəlidir və sığorta çərçivəsində qarşılanan 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə edib.
Onun sözlərinə görə, son illər dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılan vəsaitlərin artımı, səhiyyə üzrə xərclərin büdcə xərclərində payının çoxalması dövlətin bu sahəyə ayırdığı diqqətin göstəricisidir. Bütün bunlar bizə tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmağa imkan verir. Ötən il biz uzun müddətdir təklif olunan qaraciyər, böyrək və sümük iliyi transplantasiyası və digər dəyəri yüksək cərrahi əməliyyatları da icbari tibbi sığorta təminatına daxil etdik. Nəticədə əhalinin tibbi xidmətlərə, xüsusən bahalı cərrahı əməliyyatlara əlçatanlığı artdı.
Qeyd edim ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha da artırılması və universal tibbi təminatın təşkil olunmasının əsasında icbari tibbi sığortanın maliyyə dayanıqlığını tam təmin etmək dayanır. İcbari tibbi sığortanın maliyyə mənbələrini təhlil edəndə biz görürük ki, səhiyyə xərclərinin maliyyələşməsində əhəmiyyətli hissəni əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması üçün dövlət büdcəsindən ayırmalar və icbari tibbi sığorta fondu təşkil edir.
"İcbari tibbi sığorta fondunun maliyyə mənbələrinin genişləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin mövcud qanunvericilikdə bu istiqamətdə dəyişikliklərin edilməsi ilə bağlı tərəfimizdən müvafiq işlər görülür" - deyə sədr vurğulayıb.
fed.az
187 dəfə oxundu