YAP növbədənkənar seçki qərarı verdi - Parlament buraxılır

YAP növbədənkənar seçki qərarı verdi -
Bir qədər əvvəl başlayan Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası yekunlaşıb. YAP-dakı mənbələrdən “AzPolitika”-ya verilən məlumata görə, iclasda, gözlənildiyi kimi, növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi müzakirə olunub.

YAP- ın İdarə Heyəti qərara alıb ki, hakim partiyadan olan deputatlar mövcud Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etsinlər.

Bu da növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət ediləcəyini gözləməyə əsas verir.

Növbədənkənar parlament seçkilərinin isə sentyabr ayında keçirilməsi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...