Bu gün Türkiyə ikinci oyununa çıxır

Bu gün Türkiyə ikinci oyununa çıxır
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun oyunları yekunlaşacaq.
Yeniavaz.com xəbər verir ki, oyunlar E və F qruplarında baş tutacaq.
F qrupunda Gürcüstan və Çexiya yığmaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qrupun digər görüşündə Türkiyə ilə Portuqaliya qarşılaşacaq. Matçın start fiti saat Bakı vaxtı ilə 20:00-da səslənəcək.
E qrupunda isə Belçika və Rumıniya milliləri münasibətlərini aydınlaşdıracaq. Görüş saat Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...