Şabranda evə basqın: ölənlər var

Şabranda evə basqın:
Şabranın Üç sotlar yaşayış massivində fərdi yaşayış evlərdən birinə basqın olunub.

Gundeminfo.az Report-a istinadən xəbər verir ki, ilkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı ev sahiblərindən rayon sakini - Gülnarə Şıxkərim qızı Hüseynova öldürülüb, onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Arif Qaspar oğlu Hüseynov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Şabran rayonunda evə basqın zamanı yaralanan Arif Qaspar oğlu Hüseynov xəstəxanada ölüb.

Məlumata görə, Bakıda “Neftçilər” xəstəxanasına çatdırılan A.Hüseynovun həyatını xilas etmək mümün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...