Ermənistan ordusu sərhəddən geri çəkilir?

Ermənistan ordusu sərhəddən geri çəkilir?
Ermənistan ordusunun Azərbaycanla sərhədin bəzi hissələrində yerləşən mövqelərdən geri çəkilməsi barədə xəbərlər yayılıb.

Gundeminfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxtəlif media orqanlarında, ermənilərə məxsus Teleqram kanallarında məlumat paylaşılıb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin qüvvələri Qarakilsə (Sisian) istiqamətində bəzi yerlərdən geri çəkilib. Həmçinin Arazdəyən (Yerarsx) istiqamətində də geri çəkilmənin olduğu deyilir.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib etsə də, yerli sakinlər sözügedən ərazilərdə mühəndis texnikalarının azaldığını bildirir. Sakinlər mətbuata deyib ki, sözügedən mövqelərdə heç bir qüvvə qalmayıb.

Yerli nəşrlər, həmçinin yazır ki, sözügedən ərazilərə Müdafiə Nazirliyinin əvəzinə Sərhəd Qoşunlarının hərbçiləri cəlb ediləcək. Ancaq hələlik bu barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycanla sərhədinin bəzi hissələrində Rusiya sərhədçiləri yerləşdirilmişdi. Ancaq İrəvan müxtəlif səviyyələrdə Rusiyadan sərhədçilərin çıxarılmasını, onların əvəzinə öz sərhədçilərinin yerləşdirilməsini istəyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...