“İsrailə hücum olsa, ABŞ onu müdafiə edəcək” – Metyu Miller

“İsrailə hücum olsa, ABŞ onu müdafiə edəcək” –
“Vaşinqton regionda gərginliyi azaltmaq üçün addımlar atır, lakin İsrailə hücum olarsa, ABŞ onu müdafiə edəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
“Biz həmişə İsraili terrordan müdafiə edəcəyimizi açıq şəkildə bəyan etmişik. Biz İsraili hücumdan müdafiə edəcəyik və bölgədəki bütün tərəfləri gərginliyi azaltmaq üçün əllərindən gələni etməyə çağırırıq”, - deyə Miller bildirib.
Diplomat qeyd edib ki, ABŞ Yaxın Şərqdə öz şəxsi heyətini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...