Prezident Ağdşın icra başçısını işdən çıxardı

Prezident Ağdşın icra başçısını işdən çıxardı
Tofiq İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Gundeminfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Tofiq İbrahimov 1954-cü il yanvarın 1-də Qəbələdə anadan olub. O, 2004-cü ilin mart ayının 26-da Azərbaycan Prezidentinin sərəncamı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və Prezidentin 4 mart 2010-cu il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. 4 mart 2010-cu ildən 14 aprel 2012-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
154 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...