“Az qalmışdım ki, süpürgəçilik edim”

“Az qalmışdım ki, süpürgəçilik edim”
"90-cı illərdə işləmirdim və oğlum bronxial astmadan əziyyət çəkirdi. Bir tablet gətirmişdilər. Azəbaycanda çox baha qiymətə idi. Az qalmışdım ki, o dərmanı almaq üçün süpürgəçilik edim".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. O, bu barədə heç yerdə danışmadığını bildirib:

"Getdim bir qadının qapısını döydüm və ondan xahiş etdim ki, evinə gələn təmizlikçinin işlərini mən görüm. Ona verdiyi pulu mənə versin ki, uşağıma dərman alım. Çatdıra bilmirdim. O qadın da ağladı. Çünki ailəmi, nəslimi tanıyırdı. Təhsilimi də bilirdi. İmkanlı qadın idi. Dedi ki, "Gəl evimdə qal, kirayə pulu almayacağam. O kirayəyə ödədiyiniz pulu da uşağın dərmanlarına verərsən". İki il onun evində kirayə qalmışdım". Həkim ta



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
176 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...