“Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi

“Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqəmsal və məişət texnikası, həmçinin mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Kontakt Home”un sahibi olan “ABC-Telecom” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci və 447.01.1-ci maddələrinə əsasən protokol tərtib edib.

Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “ABC-Telecom” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 7-ci maddəsinin tələblərini pozub.

Belə ki, “Kontakt Home”un müştəriyə satdığı keyfiyyətsiz mal (müqavilə şərtlərinə uyğun olmayan mal) geri qaytarılan zaman qəbul olunmayıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci maddəsi satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasından, 447.01.1-ci maddəsi isə malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasından bəhs edir.

Məlumat üçün bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin müştəriləri aldatması barədə ilk dəfə Yeniavaz.com saytında araşdırma dərc olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...