Tramp CBS-ni məhkəməyə verdi

Tramp CBS-ni məhkəməyə verdi
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından rəqibi Kamala Harrislə müsahibəyə görə “CBS News” telekanalını məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı iddia bəyanatına istinadla məlumat yayıb.
İddia ərizəsində Tramp iddia edir ki, şəbəkə Harrislə müsahibənin redaktə edilmiş versiyanı göstərərək tamaşaçıları aldadıb.
“CBS-nin hərəkətləri səbəbindən ictimaiyyət müsahibə zamanı hansı Harrisi gördüklərini ayırd edə bilmədi: prezidentliyə namizədi, yoxsa pərdə arxasında olan redaktorun kuklası”, - Tramp bildirib.
Trampın vəkilləri iddia edirlər ki, xəbər təşkilatları hadisələrin həqiqətini dəqiq çatdırmağa borcludurlar və seçdikləri namizədin daha ardıcıl və qətiyyətli görünməsi üçün müsahibələri təhrif etməməlidirlər.
Qeyd edildiyi kimi, Tramp işə münsiflər heyəti tərəfindən baxılmasını tələb edir. Onun təzminat olaraq telekanaldan tələb etdiyi məbləğ isə ən azı 10 milyard dollardır.
Qeyd edək ki, oktyabrın birinci yarısında Tramp kampaniyası CBS-dən Harrislə müsahibənin redaktə olunmamış versiyasını dərc etməyi tələb edib.
Respublikaçı prezidentliyə namizəd əmindir ki, “60 Dəqiqə” prodüserləri Harrisin cavablarını dəfələrlə dəyişib və bir-birlərinə əlavə ediblər.
Tramp həmçinin bu işlə bağlı dərhal araşdırma aparılmasını və ictimaiyyətdən üzr istənilməsini tələb edib. O, eyni zamanda vəziyyəti saxta xəbərlərin bariz təzahürü adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
187 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...