Şarp: Kiyevi danışıqlara məcbur etmək olmaz!

Şarp: Kiyevi danışıqlara məcbur etmək olmaz!
Ukraynanı əlverişsiz şərtlərlə danışıqlara məcbur etmək olmaz, çünki bunun sadəcə mənası olmayacaq.

Axar.az xəbər verir ki, bunu israilli hərbi müşahidəçi David Şarp deyib.

"Yaxın Şərq buna bariz nümunədir. Son onilliklərdə hakimiyyətə gələn, demək olar ki, hər bir ABŞ prezidenti hansısa sülh yolu ilə nizamlanmaya - Ərəb-İsrail münaqişəsinin həllinə nail olmağa çalışıb. Amma münaqişə çox dərin və təkliflər hər iki tərəf üçün qəbuledilməz olanda, heç nə alınmır. Hər iki tərəfə yaramayan razılaşma yaxşı bir şeyə gətirib çıxarmaz", - o bildirib.

Şarp əlavə edib ki, hələlik mümkün sülh planı ilə bağlı heç bir konkretlik yoxdur və bunun əvəzinə mediada yalnız ümumi şərtlər eşidilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...