Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"

Dudanın İrəvana gətirdiyi plan: -
Polşa “Şərq Tərəfdaşlığı” proqramının əsasını təşkil edir, Varşavanın Avropa İttifaqına (Aİ) sədrliyi dövründə bu gündəm prioritet olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Dudanın İrəvana səfərini şərh edən erməni politoloq Sergey Melkonyan deyib.

Onun fikrincə, Polşa bu dönəmdə Azərbaycan, Gürcüstan və Ermənistanı Aİ ilə yaxınlaşdırmağa çalışacaq:

“Polşa artıq bir neçə prioritet elan edib: Aİ-yə üzv ölkələrin təhlükəsizlik xərclərini artırmaq, Moldova və Qafqaz ölkələrini inteqrasiya etdirmək məqsədi daşıyan Avropa İttifaqı çərçivəsində əməkdaşlığa daha çox diqqət yetirmək. Bu istiqamətdə ən böyük uğur namizəd statusu alan Gürcüstanda, daha sonra isə bu gündəmdən kənara çıxan Azərbaycan və Ermənistanda qeydə alınıb. Ermənistanla münasibətlərin islahatlar baxımından inkişaf etdirilməsi və İrəvanın Aİ-yə yaxınlaşdırılmasına necə nail olunacağını bilmirik. Ümumilikdə, bu səfər regionun Aİ üçün maraqlı olduğunu göstərir”.

Erməni analitik Avropa İttifaqının Qazaxıstanla da münasibətlərini gücləndirmək istədiyini söyləyib.

Melkonyan qeyd edib ki, Aİ ilə yaxınlaşmağa çalışan İrəvan bu məqsədlə KTMT-də iştirakını dondurub, iqtisadi fayda əldə etdiyi Avrasiya İqtisadi Birliyi istisna olmaqla, Rusiya oxu ətrafında fəaliyyət göstərən qurumlarda fəaliyyətdən yayınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...