Ukrayna əks-hücuma hazırlaşır?

Ukrayna əks-hücuma hazırlaşır?
Ukraynanın əks-hücum imkanına malik olmaq üçün ən azı 1,8 milyon nəfəri səfərbər etməsi lazımdır.

“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçisi Yevgeni İyevlev “Kiyev 24” telekanalının efirində açıqlayıb.

Hərbçinin sözlərinə görə, hazırda Ukrayna ordusunun döyüş bölmələri tükənib.

Xatırladaq ki, bir gün əvvəl USQ-nin baş komandanı Oleksandr Sırski təfərrüatları açıqlamadan cəbhədə yeni əks-hücumun olacağının anonsunu vermişdi.

Ölkədə hərbi vəziyyət 2022-ci ilin fevralından qüvvədədir. O zaman Ukrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalamışdı. Daha sonra Ali Rada onun müddətini dəfələrlə uzadıb. 18-60 yaş arası kişilərin əksəriyyətinin ölkəni tərk etməsi qadağandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
43 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...