Yaşar Xudiyev həbs olunubmuş

Yaşar Xudiyev həbs olunubmuş
Azərbaycanlı səyyah və bloger Yaşar Xudiyev Tanzaniyada həbsdə olub.

Gundeminfo.az xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, sərt rejimli Karanqa həbsxanasında 50 günlük cəza çəkib:

“Bir vaxtlar Kilimancaro dağının ətəyindəki sərt rejimli Karanqa həbsxanasında 50 günlük cəza çəkirdik… Orada yağış yağarkən ertəsi gün həbsxananın həyətindən o təpə gözəl qarla örtülmüşdü… Əmin edirəm ki, Kilidə hər kəsin təsəvvür edə biləcəyindən daha gözəl bir mənzərə vardı… Bu gün Joş azadlığını qazandı…MamaAfrica onu azad etdi… Dəstəyiniz üçün təşəkkür edirəm və problem yaratdığım üçün üzr istəyirəm… Amma bu, yaşadığım ən çılğın həyat təcrübələrindən biri idi, ona görə də hər şeydən həzz aldım.”.

Qeyd edək ki, bir neçə aydır, Y. Xudiyevin yaxınları sosial şəbəkələrdə ondan xəbər ala bilmədiklərini yazırdılar.//Qafqazinfo



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
150 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...