Çəkisi 100 kilo olan Trampın sağlamlıq SİRRİ
ABŞ-nin yeni seçilmiş prezidenti zərərli yeməkləri və qazlı suyu sevir.
“Cebheinfo.az” xəbər verir ki, endokrinoloq Zöhrə Pavlova “fast food” sevməsinə baxmayaraq, piylənmədən əziyyət çəkməyən Donald Trampla bağlı fenomenin izahını tapıb. Boyu 190,5 sm olan amerikalı siyasətçinin çəkisi 97,5 kq-dır.
Həkimin sözlərinə görə, Trampın sağlamlığına zəmanəmizin ən yaxşı həkimləri kömək edir:
“Onlar balanssız pəhrizin onun sağlamlığına vurduğu fəsadları minimuma endirmək üçün əllərindən gələni edirlər”.
“Bu, multifaktorial terapiya və dərmanlar ola bilər”,-deyə mütəxəssis “Telegram” kanalında deyib. Z.Pavlova Trampın metabolik cəhətdən sağlam piylənmədən əziyyət çəkən insanlar qrupuna aid ola biləcəyini də irəli sürüb. “Uzun müddət yaxşı performansını saxlayırlar, sonra isə kəskin pisləşmə baş verir. Ola bilsin ki, Tramp onlardan biridir”, - deyə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi yazıb.
Endokrinoloq Ağ Evin keçmiş rəhbərinin sağlamlığı ilə çox şanslı olduğuni deyib:
“Bununla belə, həkimlərin işini nəzərə almamaq olmaz. Heç bir möcüzə yoxdur. Onun bu cür dərmanlar olmadan tam sağlam ola biləcəyinə inanmaq çətindir”.
Mütəxəssis ürək-damar sistemini dəstəkləyən terapiya və maddələr mübadiləsini balanslaşdıran dərmanları nəzərdə tutduğunu açıqlayıb.
155 dəfə oxundu